Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.28 $▼2.37%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.250 $▲2.78%
  • Qızıl3 766 $▼0.54%
  • Gümüş45.60 $▼0.47%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin63 960 $▼1.41%
  • Ethereum1 791 $▼1.76%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Mahirin olanlardan öz leyhinə istifadə etməsi axmaqlıqdır” - “Legiya”nın idman direktoru

image-mah
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Fikrimcə, bu məsələdə təkcə Mahir Emreli günahkar deyil, ona məsləhət verənlər də düz etmir”.

Busaat.az xəbər verir ki, bu sözləri “Legiya”nın idman direktoru Yatsek Zelinski deyib. 

O, klublar problem yaşayan Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı məsələyə aydınlıq gətirib: “Məncə, bizimlə doğru davranmırlar. Mahir “Legiya”nın futbolçusudur. Mahirin azarkeşlərlə insidentdən öz ehtiyacları üçün, leyhinə istifadə etməsi axmaqlıqdır. Mahir hər şeydən əvvəl komandaya və gələcəkdə başqa klublarda özünü necə göstərəcəyi barədə fikirlərə xələl gətirir. Bu yaxşı hərəkət deyil. Hazırda iş vəkillər səviyyəsində müzakirə olunur. Mənə elə gəlir ki, bizim kifayət qədər güclü arqumentlərimiz var. Qarşı tərəf isə müxtəlif səbəblər gətirir və çox zaman onlar həqiqətə uyğun olmur. Bilmirəm ki, bundan xəbərdardılar, yoxsa oyunçunu daha çox zədələyirlər. Məsələnin necə həll ediləcəyini demək çətindir.

Mahir yenidən “Legiya”da oynayacaqmı? Bunu təsəvvür etmək də çətindir. Problem həll edilməyənə qədər ictimaiyyətə danışmaq istəmirəm. “Qalatasaray”, Zaqreb “Dinamo”su, “Başakşəhər” kimi klublardan təklif aldığına dair siqnallar var. Agentləri onu azad futbolçu kimi təqdim edirlər. Bu qətiyyən düzgün deyil. Emreli bizə məxsusdur və əminəm ki, bu iş doğru şəkildə həll ediləcək. Bəlkə də menecerləri onu azad agent kimi təqdim etdikləri üçün təkliflər gəlir. Kluba isə onunla bağlı heç bir müraciət daxil olmayıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=68783