Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft90.08 $▼2.58%
  • WTI neft84.04 $▼0.83%
  • Avropa qazı (TTF)82.47 €▼3.53%
  • Təbii qaz (ABŞ)3.237 $▲2.37%
  • Qızıl3 773 $▼0.36%
  • Gümüş45.74 $▼0.15%
  • Pambıq81.04 ¢▼0.41%
  • Buğda602.25 ¢▼0.50%
  • Bitcoin64 168 $▼1.09%
  • Ethereum1 798 $▼1.37%
  • S&P 5007 341▼1.07%
14°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Mahirin qalacağına əmin deyiləm" - "Legiya"nın baş məşqçisi

image-157471_ljvo76zswi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziya önündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı”.

Busaat.az xəbər verir ki, bu sözləri Polşa “Legiya”sının baş məşqçisi Aleksandr Vukoviç “Sparkchronicles” nəşrinə açıqlamasında deyib.

O, millimizin hücumçusu Mahir Emrelinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə yenidən münasibət bildirib: “Söhbətimiz çox pozitiv keçdi. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm”.

Xatırladaq ki, “Legiya” fanatları Ekstraklasanın 18-ci turunda “Visla”ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin “Legiya”dan ayrılacağı haqda xəbərlər yayılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=66444