Məzmuna keç
  • Brent neft95.51 $▲0.25%
  • WTI neft88.51 $▲0.19%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 867 $▼0.08%
  • Gümüş47.66 $▲0.72%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 447 $▼1.33%
  • Ethereum1 804 $▼1.67%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Mahmudovun yazar qızı ilə şirkət arasında icarə qalmaqalı

image-82c384d7ba2a61f64f3e4393e3d8afe2eldxujpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Xuraman Mahmudova ilə “Transterm” MMC arasında icraə müqaviləsinə dair mübahisə yaranıb.

Busaat.az xəbər verir ki, mübahisə məhkəməyə qədər uzanıb və Xuraman Mahmudova şirkət barəsində iddia qaldırıb.

Hazırda iş Ali Məhkəmədədir. Kassasiya şikayətini Xuraman Mahmudova verib. Lakin bəzi məlumatlara görə şikayətçi şirkətdir.

Şikayətə hakim Abdin Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin vaxtı barədə məlumat yoxdur.

“Transterm” MMC 5 avqust 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Muradəliyev Niyazi Elçin oğludur. O, şirkətdə direktor vəzifəsini tutur.

Açıq mənbələrdə “Transterm” MMC və Niyazi Muradəliyev haqqında hər hansı məlumata rast gəlinmir.

Xuraman Mahmudova Eldar Mahmudovun böyük qızıdır. O, İsveçrədə maliyyə ixtisasi üzrə bakalavr təhsili alsa da, ixtisasi üzrə fəaliyyət göstərmir. O yazardır. 2015-ci ildə Xuraman Mahmudovanın “Sehrli səyahət” kitabının təqdimatı keçirilib.

Bundan əvvəl Eldar Mahmudovun digər övladları Anar Mahmudovla Nərgiz Mahmudova məhkəmə çəkişməsinə cəlb edilib.

Ağarəhim Rəhimov adlı iş adamı onlar barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İşin mahiyyət alqı-satqı müqavilələri ilə bağlı mübahisələrdən ibarət olub.

Məhkəmə çəkişməsinin nəticəsi barədə məlumat yoxdur.

Eldar Mahmudov 2004-2015-ci illərdə milli təhllükəsizlik naziri vəzifəsində işləyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127174