Makron Çinə Rusiyaya silah tədarük etməmək barədə xəbərdarlıq edib

image-makron-tsipinbackend

Moskvaya silah vermək Çinin maraqlarına uyğun deyil.

Busaat.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çinə səfəri zamanı deyib.

“Çinin marağı davamlı müharibə deyil”, – deyən Macron, Çinin Rusiyaya hər hansı silah göndərəcəyi təqdirdə, “beynəlxalq hüququn pozulmasına şərik olacağını” söyləyib.

Agence France-Presse-in məlumatına görə, Fransa prezidenti Çin prezidenti Si Tsipinlə görüşdə Çini sanksiyalarla hədələmək fikrində olmadığını bildirib.

Fevralın 18-də ABŞ-nin dövlət katibi Antoni Blinken Çinin Rusiyaya ölümcül yardım göstərməyi ciddi şəkildə nəzərdən keçirdiyini iddia edərək, bura sursat və silahların da daxil ola biləcəyini əlavə edib. Buna cavab olaraq Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Çin hökuməti ABŞ-nin Çinin Rusiyaya hərbi yardım göstərməsi bəhanəsi ilə Çin-Rusiya münasibətlərinə təzyiqini qəbul etmir.

Çərşənbə günü Makron və Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 7-dək davam edəcək səfərlə Çinə gediblər. Bu, Makronun 3,5 ildə Çinə ilk səfəridir. Makron Pekində Ukrayna münaqişəsi və Fransa-Çin əlaqələri, xüsusən də iqtisadi məsələləri müzakirə etməyi planlaşdırır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90