Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 688 $▼3.72%
  • Ethereum1 843 $▼4.36%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Makron İlham Əliyevə zəng etdi: Prezident işğaldakı 8 kəndi gündəmə gətirdi

image-images-1-4-701x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Busaat.az xəbər verir ki, telefon danışığı əsnasında Emmanuel Makron Ermənistan və Azərbaycan arasındakı münasibətlərə, həmçinin Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhərinə gedən yoldakı vəziyyətə toxunub.

Dövlət başçısı Azərbaycanın Laçın rayonundan keçərək Xankəndi şəhəri istiqamətində olan yoldakı vəziyyət ilə bağlı qeyd edib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına və bunun nəticəsində ətraf mühitə vurulmuş ciddi zərərə etiraz edirlər.

Prezident İlham Əliyev Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan sakinlərin bu yoldan mülki və humanitar məqsədlər üçün istifadəsi üçün maneənin olmadığını, başqa təsisatlara lüzum olmadan Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli ofisinin xətti ilə tibb maşınlarının keçidlərinin təmin edildiyini vurğulayıb.

Dövlətimizin başçısı vətəndaş cəmiyyəti nümayəndələrinin əsas tələbinin faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və ərazidə ekoloji monitorinq fəaliyyətinin aparılmasının təmin edilməsi olduğunu bildirib.

Söhbət əsnasında Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.

Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Prezident İlham Əliyev regional məsələlərə münasibətdə tarazlı və qərəzsiz davranışın vacibliyinə toxunaraq, Frankofoniya və bəzi başqa beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə olan fəaliyyətlərin təəssüf doğurduğunu diqqətə çatdırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=95118