
Makron Rusiyadan Ukraynaya getdi
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya səfər edib.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Ukraynadakı səfiri Etien dö Ponsən öz tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, Makron Ukrayna Prezidenti Vladimir Zelenski, Fransanın xarici işlər naziri Jan-İv lö Drian isə ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacaq.
Xatırladaq ki, Emmanuel Makron fevralın 7-si Rusiyaya rəsmi səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə 5 saatdan çox davam edən danışıqlar aparıb.























