
Maliyyə naziri İSTEFA VERDİ: Vəzifələrini bu şəxs YERİNƏ YETİRƏCƏK
Polşanın maliyyə naziri Tadeuş Kosçinski istefa ərizəsi yazıb.
Busaat.az xəbər verir ki, bu barədə “TVN24” telekanalına hakim Qanun və Ədalət partiyasının nümayəndəsi Anita Çervinska məlumat verib.
Onun sözlərinə görə, nazir yeni vergi prinsiplərinin tətbiqi zamanı yol verilmiş nöqsanlara görə siyasi məsuliyyəti öz üzərinə götürüb.
Tadeuş Kosçinskinin istefa qərarı hakim partiyanın rəhbərliyi tərəfindən qəbul edilib.
























