Manaf Ağayevdən həbs edilən oğlu barədə yeni açıqlama

image-manaf1679561240backend

Tanınmış müğənni Manaf Ağayev bir neçə gün bundan öncə azadlığa buraxılan oğlundan danışıb.

Busaat.TV xəbər verir ki, bu barədə Oxu.az-a danışan sənətçi oğlu Müşfiq Ağayevin səhv etdiyini bildirib.

“Bir səhv idi etmişdi, onun da cəzasını çəkdi. Başqa problem yoxdur. Artıq evdədir”, – Müğənni vurğulayıb.

Xatırladaq ki, Manaf Ağayevin oğlu Müşfiq Ağayev mart ayının 13-də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb və Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90