Roberto Mançini İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina ilə fikir ayrılığına görə İtaliya millisinin baş məşqçisi vəzifəsindən istefa verib.
Busaat.az bildirir ki, bu barədə Sky Sport Italia məlumat yayıb.
Mənbənin sözlərinə görə, narazılığa səbəb Qravinanın Mançinini seçdiyi köməkçiləri ilə işləmək imkanından məhrum etməsidir.
Xatırladaq ki, mövcud məlumata görə, Roberto Mançini və İtaliya millisi qarşılıqlı razılaşma əsasında əməkdaşlığı dayandırıb.
Daha əvvəl Mançininin Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edə biləcəyi bildirilirdi.