Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.81 $▼0.71%
  • WTI neft84.23 $▼0.60%
  • Avropa qazı (TTF)83.72 €▼2.06%
  • Təbii qaz (ABŞ)3.192 $▲0.95%
  • Qızıl3 764 $▼0.62%
  • Gümüş45.59 $▼0.48%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin64 693 $▼0.28%
  • Ethereum1 810 $▼0.69%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

Maqnus Karlsen: “Nicat Abasov güclü şahmatçıdır”

image-nicat-abasov
Nicat Abasov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Nicat Abasov güclü şahmatçıdır. Yarışda göstərdiyi oyun bu sözləri deməyə imkan verir”.

Busaat.az-ın məlumatına görə, bunu norveçli şahmatçı Maqnus Karlsen Bakıdakı Dünya Kubokunun yarımfinalında Azərbaycan təmsilçisi Nicat Abasova rəqib olması barədə danışarkən deyib.

33 yaşlı qrossmeyster onları maraqlı mübarizənin gözlədiyini vurğulayıb.

Beşqat dünya çempionu növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib: “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacağam”.

Qeyd edək ki, karyerasında ilk dəfə Dünya Kubokunun yarımfinalına yüksələn Nicat Abasov Karlsenlə ilk görüşünü avqustun 19-da keçirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=118245