“Marsel”in baş məşqçisi Cennaro Qattuzo məşqlərdə gərgin və aqressiv üslub nümayiş etdirir.
Busaat.az xəbər verir ki, bu barədə L’Équipe məlumat yayıb.
Mənbənin sözlərinə görə, italiyalı mütəxəssis məşq zamanı futbolçularını vurur, lakin bu, aqressiya və ya məyusluq əlaməti deyil. Bu, oyunçularını məşqdə göstərdikləri müsbət performansa görə təbrik etmək üçün bir üsul olaraq görülür. Onun məşqdə daha çox “heyvan” üslubunu bəyəndiyi də vurğulanır.
“Marsel” son matçında “Monako”ya 2:3 hesabı ilə uduzub.
Daha əvvəl mətbuatda italiyalı çalışdırıcının bir illik müqavilə imzaladığı, müqavilənin daha bir il uzadılmasının mümkünlüyü barədə məlumat yayılmışdı. Buna qədər mütəxəssis “Valensiya”ya rəhbərlik edib.