Mask tviteri almaq üçün borc götürüb

image-elon-mask2backend

Tviterin sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda SpaceX şirkətindən 1 milyard dollar borc götürüb.

Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin əldə etdiyi sənədlərə görə, “SpaceX” Maska məxsus “SpaceX” səhmlərinin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.

Daha sonra Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.

Qəzetin yazdığına görə, Maskın kapitalının likvidliyi məlum deyil, çünki onun böyük hissəsi “Tesla”, “SpaceX” və digər startapların səhmləri ilə bağlıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki