Matiç bu paylaşımı ilə Ronaldoya sataşdı

image-144289backend

“Mançester Yunayted”in serbiyalı futbolçusu Nemanya Matiç sosial şəbəkədəki paylaşımı ilə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldoya sataşıb.

Busaat.az xəbər verir ki, 32 yaşlı futbolçu Ronaldonun Serbiya millisi ilə matçda (2:2) sayılmayan təmiz qol epizodunun fotosunu İnstaqram hesabında paylaşıb.

Şəkil topun qapı xəttini hələ keçməyəndə çəkilib. Matiç isə paylaşımına “Mançester Yunayted”dəki portuqaliyalı komanda yoldaşı Bruno Fernandeş və Ronaldonu tağ edərək yazıb: “İndi sizcə, hər şey açıq-aydın deyilmi?”

Qeyd edək ki, matçdan sonra baş hakim Denni Makkeli epizodun videogörüntüsünə baxaraq, Ronaldonun təmiz qolunu saymadığını etiraf edib. O, bu səhvinə görə Portuqaliyadan üzr istəyib.

Qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90