“Borussiya Dortmund” Bundesliqanın 7-ci turunda evdə “Union”a qalib gəldi – 4:2.
Dortmund müdafiəçisi Mats Hummels üçün bu, onun klub üçün 348-ci Bundesliqa oyununda 207-ci qələbəsidir.
Busaat.az Opta Sport-a istinadən xəbər verir ki, o, “Borussiya” ilə 206 liqa qələbəsi olan Maykl Zorkun rekordunu qırıb.
Qeyd edək ki, Hummels “Bayern” yetirməsidir. O, 2008-ci ildən 2016-cı ilə qədər “Borussiya”da oynayıb, sonra 2019-cu ildə Dortmunda qayıtmazdan əvvəl üç il Münhen klubunda keçirib.
Müdafiəçi uzun müddət aradan sonra yenidən Almaniya millisinə çağırılıb. Hummels millidə 76 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Müdafiəçi Almaniya ilə əvvəlki matçını 29 iyun 2021-ci ildə İngiltərə ilə 2020-ci il Avropa çempionatında 1/8 finalda keçirib.
34 yaşlı futbolçu 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxıb.