MDB müşahidə missiyasının seçki ilə bağlı qənaəti açıqlandı

image-mdbesasbackend

“Müşahidə missiyamızda Ukrayna, Ermənistan, Moldova istisna olmaqla birlik ölkələrinin nümayəndələri iştirak edib. Ümumilikdə missiyada 160-dan çox nümayəndə iştirak edib”.

Busaat.az xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Bakıda keçirilən mətbuat konfransı zamanı deyib.

“Müşahidələrimiz zamanı seçicilərin yüksək iştirakı ilə yanaşı, təşkilatçılar tərəfindən prosesin tam səriştəli keçirilməsini müşahidə etdik. Onu da qeyd edək ki, müşahidəçilərimiz artıq bir neçə həftədir ki, Azərbaycandadır. Burada seçkilərin yüksək səviyyədə keçirilməsinin şahidi olduq. Bir cəhəti də qeyd etmək istəyirəm ki, seçki məntəqələrində seçicilərin yüksək həvəsinin şahidi olduq”, – Lebedev vurğulayıb.

S. Lebedev MDB müşahidə missiyasının seçki ilə bağlı gəldiyi qənaəti açıqlayıb.

O bildirib ki, ölkədə növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinə tam uyğun, müvafiq olaraq keçirilib: “Seçkilər azad, şəffaf və demokratik prinsiplərə uyğun baş tutub”.

Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA-nın beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov isə qeyd edib: “Dünən biz səhər saatlarından insanların ailələri ilə küçələrə axışmasını, növbədə dayanaraq seçkilərin başlamasını gözləmələrini müşahidə etdik. Seçki məntəqələrində isə insanların üzündə bayram ab-havasının şahidi olduq”.

O, məntəqələrdə müxtəlif yaş qruplarından olan şəxsləri gördüyünü vurğulayıb: “Onlar arasında 91 yaşlı ağsaqqal da vardı. O, Azərbaycanın gözəl gələcəyi üçün səs verməyə gəlmişdi. İnsanlar sevinc, vətənpərvərlik hissi ilə seçkidə iştirak edirdilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90