Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Mehdiyevə “qorxaq”, Talıbova “çoban”, oğluna isə “yaramaz” dedi – Rəsul Quliyevdən ŞOK AÇIQLAMALAR

image-rasul_guliyev_in_2012_2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Vasif Talıbov özünü çoban kimi aparırdı. “Xanlığın” pis formasını həyata keçirib”.

Busaat.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev “TV Müsavat”a bildirib.

“Rusiya o qədər başdan xarab deyil ki, İlham Əliyev kimi güclü Prezidentə qarşı Talıbov kimi gücsüz adamı qoysun. Bu, mümkün deyil. Burada İran faktoru ola bilər. Ola bilsin, İranla əlaqələrinə görə tədbirlər görülür. İranın Azərbaycanın daxilində kifayət qədər agentləri var. İmam Hüseynin yasını saxlayan, şaxsey-vaxsey gedən, zəncir vuranların bir hissəsi Naxçıvandadır. Naxçıvanın özündə fundamentalist islamçılar kifayət qədərdir. İran Azərbaycana qarşı apardığı siyasətdə “peşka Talıbov”dan istifadə edə bilərdi. Ramiz Mehdiyevə gəldikdə isə, deyə bilərəm ki, çox qorxaq adamdır. Mehdiyev Talıbov kimi adama yaxınlaşıb, çevrilişə cəhd etməz. Vasif Talıbov vətənə, xalqa qarşı cinayətə görə həbs edilməlidir. Ona görə yox ki, hansısa sarayı, pulu var… Törətdiyi konkret cinayətə görə məsuliyyətə cəlb etmək lazımdır. Ola bilər, hamısını həbs etsinlər. Övladları da ataları kimidir. Neçə illər keçib, dəyişməyiblər. Seymur Talıbov yaramaz adamdır, atası Vasif Talıbovun istefası zamanı əlini qaldıraraq səs vermişdi. Yəqin, ona deyiblər ki, əlini qaldır, salamat qalacaqsan… Mərifəti olsaydı, sessiyada iştirak etməzdi”, – R.Quliyev qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97085