Yunanıstan məhkəməsi Azərbaycan bəstəkarının mahnısı ilə bağlı qərar verib.
Yunanıstanda Esena Mono (Red- Bayatılar mahnısının musiqisi üzərində yazılmış mahnı) mahnısının musiqisinin müəllifliyi ilə bağlı 11 illik məhkəmə prosesi başa çatıb.
Busaat.az xəbər verir ki, qərar azərbaycanlı bəstəkar Eldar Mansurovun xeyrinə verilib.
Yunanıstanın Ali Məhkəməsi yekun qərarı ilə Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurovun “Bayatılar” mahnısının musiqisinin müəllif hüquqlarının pozulmasını tanıyıb.
Qeyd edək ki, qeyd edilən mahnı illərdir ki,dünyada məşhurluq qazanıb. Mahnın müəllifi anonim göstərilirdi.