Mehriban Əliyeva xristian icmasının Pasxa bayramını təbrik etdi

image-mehribanbackend

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib. 

Busaat.az xəbər verir ki, M.Əliyeva təbrik mesajını İnstaqram hesabında paylaşıb.

Təbrikdə deyilir:

“Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90