Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
8°Bakı
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
  • USD1.7000
  • EUR1.8607▲0.0059
  • 100 RUB2.0719▼0.0026
  • GBP2.2252▲0.0086
  • TRY0.0335▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0004
  • GEL0.6568▲0.0013
  • 100 KZT0.3699▼0.0032
  • UAH0.0375▼0.0001
  • 100 JPY1.0665▼0.0029
  • CHF2.0325▲0.0119
Manşet

Mehriban Əliyevanın doğum günüdür

Mehriban Əliyevanın doğum günüdür
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva – 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib. 1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan – İrs” jurnalını təsis edib. Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. 2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib. 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə Partiyanın sədr müavinidir. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib. 2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilib. Ailəlidir, iki qızı, bir oğlu və beş nəvəsi var. Busaat.az kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibəti ilə təbrik edir!
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=7511