Meksikanın ABŞ sərhədi yaxınlığındakı Matamoros şəhərində yaşanan qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfər dəniz piyadaları tərəfindən öldürülüb.
Busaat.az xəbər verir ki, bu barədə Tamaulipas Rabitə İdarəsi məlumat yayıb.
Açıqlamada qarşıdurmada silahlı olduğu iddia edilən 4 nəfərin öldürüldüyü, səlahiyyətlilərin silah və radioları ələ keçirdiyi bildirilib.
Meksika Hərbi Dəniz Qüvvələrindən verilən məlumatda 4 donanma personalının qarşıdurmada iştirak etdiyi təsdiqlənsə də, hadisə ilə bağlı ətraflı məlumat verilməyib.
ABŞ-ın Matamorosdakı Konsulluğu bildirib ki, işçilərdən şəhərdə baş verən silahlı zorakılıq səbəbilə yerli vaxtla saat 13:30-a qədər sığınacaqlarda qalmaları istənilib.
Tamaulipas və Matamoros ştatlarında kartellərlə yanaşı, mütəşəkkil cinayətkar qrupların da fəaliyyət göstərdiyi deyilir.