Meksikada kilsənin damının uçması əticəsində 7 nəfər öldü

image-meksika-kilsebackend

Meksikada kilsənin damının uçması nəticəsində 7 nəfərin öldüyü, 30 nəfərin dağıntılar altında qalıb.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Ciudad Madero şəhərindəki Santa Cruz kilsəsinin damının uçması nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib.

Tamaulipas ştatının polisi deyib ki, çökmə zamanı kilsə binasında 100-ə yaxın adam olub.

Xilasetmə işləri davam edir.

Sosial şəbəkələrdə yayılan görüntülərdə kilsə binasının xarabalığa çevrildiyi, insanların dağıntılar ətrafına toplaşdığı, içəridə qalanları çarəsizcə axtardığı görünür.

Sağ qalanları axtaranlara kömək etmək üçün sosial mediada tibbi və xilasetmə ləvazimatları çağırışları yayılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90