Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin66 905 $▼1.93%
  • Ethereum1 889 $▼2.01%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Məktəb direktoru sertifikasiyadan keçməsə, müəllimlik də edə bilməyəcək? - AÇIQLAMA

image-photo_269613-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Elm və Təhsil naziri Emin Əmrullayev açıqlamasında qeyd edib ki, direktor və direktor müavinlərinin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, direktorların və müavinlərinin işə qəbulu qaydaları artıq müəyyən təlimatlarla tənzimlənir:

“Direktorlar və müavinlər işə qəbul imtahanını verirlər, daha sonra direktorlar esse müsabiqəsində iştirak edirlər. Ən sonda müsahibə mərhələsi keçirilir. Bilik və bacarıqlara görə bütün normalar ödəndikdən sonra təyinat alırlar”.

Orta məktəbdə telefonamaniyanın kökünü necə kəsmək olar? – “Dərslik yoxdursa, şagird nə etsin?!” Yeni Sabah

Ekspertin sözlərinə görə, əvvəldən təyinat almış direktorlarla bağlı müəyyən gərginliklər var.

“Direktor və müavinlərin sertifikasiyaya cəlb olunması məsələyə müəyyən qədər aydınlıq gətirəcək. Bəziləri düşünür ki, əvvəldən fəaliyyət göstərən direktorlar artıq normal idarəetmə sistemi qura bilmirlər. Yəni yeni standartlara cavab vermirlər. Bu mövzu baxımından sertifikasiyaya cəlb olunma məsələlərə aydınlıq gətirəcək. Bu hal məktəblərdə direktorların yenilənməsinə öz təsirini göstərəcək. Gündəm məsələlərindən biri də məktəb direktorlarının ixtisaslarına görə imtahana cəlb olunması idi. Bu məsələyə də müəyyən aydınlıq gətirildi. Məktəb direktoru sertifikasiyadan uğurlu keçə bilmədikdə, öz fənni üzrə imtahan verib, sertifikasiyadan keçməlidir ki, o gələcəkdə müəllim kimi fəaliyyət göstərə bilsin”, – deyə M.Məmmədli qeyd etdi.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=158453