Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 724 $▲0.96%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Məktəbdə TikTok videosu çəkən şagirdlərlə bağlı - Açıqlama

image-324759970_518196807121926_7560526887404636837_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

TikTokda Bakının 258 nömrəli tam orta məktəbində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Videonun 10-cu sinif şagirdləri tərəfindən məktəbin binasında lentə alındığı bildirilir.

Görüntülərdən şagirdlərin məktəbə uyğun olmayan davranışlar sərgilədiyi aydın olur. Sosial şəbəkədə 200 mindən çox izlənən video tənqid və müzakirələrə səbəb olub.

“Qafqazinfo” məsələ ilə bağlı 258 nömrəli məktəblə əlaqə saxlayıb. Təhsil müəssisəsindən sorğumuza cavab olaraq bildirilib ki, məktəbin X sinif şagirdləri təxminən bir ay bundan öncə dərsdən sonra telefonla bir dəqiqəlik çəkiliş ediblər: “Həmin gün şagirdlər üç fəndən kiçik summativ qiymətləndirmədə iştirak edib. Bundan sonra gərginliyi azaltmaq üçün əyləncəli video çəkmək istədiklərini bildiriblər. Şagirdlər və onların valideynləri ilə söhbət aparılıb, müvafiq tövsiyələr verilib”.

Eyni zamanda qeyd edilib ki, videoçəkilişin təşəbbüskarı olan şagird  “4” və “5” qiymətlərlə oxuyur. 2022-ci ildə keçirilmiş “Mərkəzi Talant Asiya” musiqi müsabiqəsində Azərbaycanı təmsil edib və finala çıxıb.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99371