Mərakeşdə zəlzələ qurbanlarının sayı 5500-ü ötüb

image-merakesbackend

Sentyabrın 8-də Mərakeşdə baş vermiş 7 bal gücündə zəlzələ qurbanlarının sayı iki dəfə artaraq 5530 nəfərə çatıb.

Busaat.az-ın TASS-a istinadən məlumatına görə, seysmik aktivliklə bağlı qurbanların sayı 2862-dən 2901-ə yüksəlib. Ən çox ölüm halı Əl Hauz əyalətində (1643) qeydə alınıb. Təcili yardım xidmətləri axtarış-xilasetmə işlərini davam etdirir.

Ölən və yaralananların sayı artır. Lakin Mərakeş Xarici İşlər Nazirliyi daha əvvəl Əlcəzair konsulluğuna rəsmi mesaj göndərərək, qonşu ölkənin təklif etdiyi yardımdan imtina edib. Krallıq bu qərarın səbəbləri ilə bağlı heç bir məlumat verməyib.

Mərakeş Milli Geofizika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Əl Hauz əyalətində yerləşən İgil rayonunda olub. Əyalət Mərakeş-Safi bölgəsinin bir hissəsidir. Zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət yaşayış evlərinə, habelə bir sıra mədəni-tarixi əhəmiyyətli obyektlərə ziyan vurub, bəziləri tamamilə dağılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90