Mərakeşdə 4,8 bal gücündə zəlzələ baş verib

image-merakesde-zelzelebackend

Mərakeşdə yenidən 4,8 bal gücündə zəlzələ baş verib.

Busaat.az-ın məlumatına görə, bu barədə Mərakeş Geologiya İnstitutundan bildirilib.

Yerli vaxtla saat 06.53-də baş verən zəlzələnin episentri Əl-Huz bölgəsinin İqlil şəhəridir.

Qeyd edək ki, Mərakeşdə sentyabrın 8-də 7 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində indiyədək 2 min 946 nəfər ölüb, 5 min 674 nəfər yaralanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90