“Mercedes” traktor qoşqusu ilə toqquşdu: Yaralılar var

image-17202816769986432_1200x630backend

Quba rayonunun Əliməmmədoba kəndi ərazisində baş verən qəzada iki nəfər xəsarət alıb.

Busaat.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə zamanı “QAZ 53” markalı yük avtomobilinə qoşulan traktor qoşqusu açılıb və arxadan gələn “Mercedes Vito” ilə toqquşub. Qəza zamanı “Mercedes”də olan iki nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki