Dünya şöhrətli ingiltərəli müğənni Kreyq Devid bir ildən artıqdır ki, cinsi əlaqədə olmadığını etiraf edib.
Busaat.az xəbər verir ki, o, gələcəkdə səhvlərdən xilas olmaq üçün bu addımı atdığını bildirib.
Qısamüddətli münasibətlərə öyrəşdiyini, lakin bu münasibətlərin onu qane etmədiyini bildirən 42 yaşlı müğənni deyib: “Anladım ki, problemlərimi həll edənə qədər başqalarına açıq ola bilməyəcəm. Başa düşdüm ki, bütün bunlardan əl çəkməliyəm”.
Bunun cinsi əlaqədə olmadığı anlamına gəldiyini soruşduqda, Kreyq belə cavab verib: “Uzun müddət.Bəlkə bir il və ya daha çox.İndi mənə əsl münasibət lazımdır, bu gözəl görünmək deyil, estetika deyil”.
Xatırladaq ki, müğənni 1999-cu ildə Artful Dodger-in “Re-Rewind” sinqlına çəkildikdən sonra şöhrət qazanıb.
Debüt studiya albomu “Born to Do It” 2000-ci ildə çıxdı və o vaxtdan bu günə qədər daha beş studiya albomu buraxıb.
Busaat.az