Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.15 $▲1.49%
  • WTI neft89.04 $▲1.29%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.118 $▼1.30%
  • Qızıl3 864 $▼0.24%
  • Gümüş47.39 $▼0.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.50 ¢▲0.34%
  • Bitcoin64 514 $▼1.23%
  • Ethereum1 806 $▼1.53%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Maqazin

Məşhur müğənnilərin orucluqdan sonra toy qiymətləri – SİYAHI

image-1681932250_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Orucluqdan sonra şadlıq evlərində menyunun bahalaşacağı bildirilir. Artıq bir neçə gündən sonra toylar başlayır. Yeni qiymətlər olacaq.

Bəs məşhur müğənnilər necə, toy qiymətinə yenidən baxacaqlarmı?

Məsələ ilə bağlı Globalinfo.az ifaçılar arasında sorğu keçirib.

Xalq artisti Bilal Əliyev deyib ki, ölkədə yalnız şadlıq saraylarında deyil, ümumiyyətlə hər yerdə qiymət artımı müşahidə olunur:

“Hələ şadlıq evlərindəki qiymət artımı ilə bağlı heç bir məlumatım yoxdur. Belə düşünürəm ki, əgər menyu bahalaşsa, biz də şadlıq evinin rəhbərləri ilə danışıqlarımız zamanı xahiş edəcəyik ki, bizim də qonorarımızı bir balaca artırsın. Əvvəl çox qazanıb az işləyirdiksə, indi çalışacağıq ki, çox işləyib, çox qazana bilək”.

Əməkdar artist Nigar Şabanova da məbləği artırmayacağını bildirib:

“Camaatın evini yıxa bilmərəm. Allahından şadlıq sarayları qiyməti o qədər qaldırıb ki, müğənniyə qonorarı artırmağa yer qalmır. Toy sahibi bilmir qızıl, paltar, cehiz və ya ev alsın, balasına normal toy edib xonça tuta bilsin yoxsa, toydan qalan pulu şadlıq evinə verib getsin. Camaatın nəfəsini kəsmək olmaz. Qiyməti artırmağı düşünmürəm”.

Manaf Ağayev də bahalıq mövzusunda fikirlərini Globalinfo.az-la bölüşüb:

“Qiymət artırmaq bizə aid deyil. Yaxşı adamın toyuna təmənnasız gedirik, dostumuzdan pul almırıq, imkanı olmayanlara kömək edirik. Ona görə də, məndə standart qiymət olmur. Həm də baxır toyu mənimlə kimin danışmağına. Kasıb birinə necə böyük məbləğ deyə bilərəm?!”

Xalq artisti Eyyub Yaqubov da bahalı müğənnilərdəndir. Amma o, bu mövzuda danışarkən bunları deyib:

“Xeyr, qonorarı artırmaq fikrimiz yoxdur. Standart olaraq qalacaq”.

Müğənni Vasif Məhərrəmli də qiymətə yenidən baxmayacağını deyib:

“Mənim heç bir qiymət artımından xəbərim yoxdur. Aldığım məbləğ stabil olaraq qalır”.

Toy biznesində özünəməxsus yeri olan müğənni Mətanət Əsədova:

“Düzü bu işlərə mən baxmıram. Mənim işlərimi həll edən adamlar var. Hələ baxacağıq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107431