ABŞ-ın “İnter Mayami” komandasının hücumçusu Lionel Messi Amerika klubuna keçidini həyat yoldaşı və uşaqları ilə razılaşdırdığını bildirib.
Bu barədə Busaat.az “CBS News”a istinadən xəbər verir.
“Əvvəlcə istiyə və hər şeyə görə uyğunlaşmaq bir az çətin idi, amma indi özümü rahat hiss edirəm. Burada olmaqdan xoşbəxtəm. Olmaq istədiyim yer budur. Bura gəlmək ailəvi qərar idi. Həyat yoldaşım və uşaqlarımla razılaşdıq. Biz bu şəhəri sevirik və azarkeşlərin münasibətini bəyənirik. Əvvəldən bizi məhəbbət və yaxınlıqla qarşıladılar”, – Messi deyib.
Xatırladaq ki, Messi yay “transferi pəncərəsi”ndə “İnter Mayami”yə keçib. Argentinalı cari mövsümdə 6 matçda iştirak edib, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.