Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.82 $▲1.18%
  • WTI neft85.67 $▲0.78%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.194 $▲3.47%
  • Qızıl3 853 $▼0.63%
  • Gümüş47.22 $▼0.56%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin64 023 $▼1.22%
  • Ethereum1 798 $▼1.14%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Messi fikrini dəyişdi- klubda qala bilər

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Komandadan ayrılacağı gözlənilən “Barselona”nın kapitanı Lionel Messi Kataloniya klubunda qala bilər.

Busaat.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Argentinalı hücumçunun komandanı tərk etmək fikrindən daşındığı və daha bir il “Barselona”da qalmaq qərarına gəldiyi bildirilir.

Qeyd olunub ki, 33 yaşlı futbolçunun qərarının dəyişməsinin səbəbi “Barselona”nın sərt mövqe ortaya qoymasıdır. Klub prezidenti Xosep Bartomeu Messinin atası Xorxe Messi ilə görüşündə oğlunun müqaviləsinin olduğunu və onu buraxmaq niyyətində olmadıqlarını qəti şəkildə bildirib.

İndiki halda isə Messi klubdan ayrılmaq üçün yalnız məhkəməyə müraciət edə bilər. Lakin futbolçunun bu seçimdən istifadə edəcəyi gözlənilmir.

“Marca” yazır ki, Messi qalmaqallı şəkildə “Barselona”dan ayrılan komanda yoldaşı Neymarın addımını təkrarlamaq istəmir.

Ötən gün isə Messinin atası və meneceri olan Xorxe Messi oğlunun komandada qala biləcəyini açıqlayıb.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Messinin “Mançester Siti”yə keçəcəyi haqda xəbərlər yayılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=17340