Messi “İnter Mayami” tarixində ən çox qol vuran oyunçular üçlüyünə daxil oldu

image-messibackend

Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində Amerikanın “İnter Mayami” və “Şarlotta” komandalarının qarşılaşması başa çatıb.

Matçın əsas vaxtında hesab ev sahiblərinin xeyrinə bitib – 4:0.

Busaat.az Championat-a istinadən xəbər verir ki, Argentinalı hücumçu Lionel Messi matçda qol vuraraq “İnter Mayami” tarixində ən çox qol vuran oyunçular üçlüyünə daxil olub. İndi dünya çempionunun Amerika klubu üçün beş matçda səkkiz qolu var.

Bu, ona Robert Taylorla bərabər, klubun bütün zamanların ən yaxşı bombardiri siyahısında üçüncü yerə yüksəlməyə imkan verdi. “İnter Mayami”nin bombardiri 29 qolla Qonzalo İquaindir. Bu göstəricidə ikinci yeri Leonardo Kampana (16 qol) tutur.

Xatırladaq ki, Messi yay transfer pəncərəsində “İnter Mayami”yə keçmişdi. O, əvvəllər PSJ-də çıxış edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki