Messi komandasını məğlubiyyətdən xilas etdi

image-1708928695-downloadbackend

Məşhur futbolçu Lionel Messinin də formasını geyindiyi “İnter Mayami” MLS-də 2-ci tur oyununa çıxıb.

Busaat.az xəbər verir ki, komanda səfərdə “Los Anceles Qelaksi” ilə qarşılaşıb.

Oyunda hesabı 12-ci dəqiqədə ev sahiblərinin futbolçusu Riki Puç açıb. 90+2-ci dəqiqədə isə Lionel Messi komandasını məğlubiyyətdən xilas edib 1:1.

Bu matçdan sonra xallarının sayını 4-ə çatdıran “İnter Mayami” Şərq Konfransında liderdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90