Messi Liqa Kubokunun bombardiri, futbol tarixinin ən titullu oyunçusu olub

image-lionel-messibackend

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi vurduğu 10 qolla Liqa Kubokunun bombardiri olub.

Busaat.az-ın məlumatına görə, hücumçu “Neşvill”lə final matçında (1:1, 10:9 pen) oyunun 23-cü dəqiqəsində hesabı açaraq onuncu qolu vurub.

Onun ən yaxın təqibçisi Bonqokul Hlonqvan yeddi qol vurub.

Hücumçu üçün bu kubok həm milli, həm də klub səviyyəsində qazanılan titulları hesablasaq, karyerasında 44-cü olub. O, tarixin ən titullu futbolçusu olub. Messi ilk kubokunu “İnter Mayami” ilə qazanıb və bu, klubun ilk tituludur.

Messi 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib. 2023-cü ilin yay transfer pəncərəsində argentinalı “İnter Mayami” ilə pulsuz transferlə müqavilə bağlayıb və ilk matçda cərimə zərbəsini vuraraq Amerika klubunda debüt edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90