Messi milliyə çağırılmadı

image-158435_j9gmvlhd1ebackend

PSJ-nin futbolçusu Lionel Messi Argentina yığmasının DÇ-2022-nin yanvar və fevral aylarındakı seçmə mərhələ oyunları üçün sifariş ərizəsinə daxil edilməyib.

Busaat.az xəbər verir ki, 34 yaşlı hücumçu yanvarın 2-də koronavirusa yoluxduğu və yeni sağaldığı üçün ona dəvət göndərilməyib.

Messi ötən gün PSJ-də komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Argentina millisi yanvarın 28-də səfərdə Çili, fevralın 2-də isə evdə Kolumbiya ilə qarşılaşacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90