Messi PSJ-dən ayrıdı

image-tia_6379f954dff201aaccc33afbf6a4f3a2_h5c0p4nyof9eqaigut13-640x336backend

Fransanın PSJ klubu ulduz futbolçusu Lionel Messi ilə yollarını ayırıb.

Busaat.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Kristof Qaltye açıqlamasında məlumat verib.

Mütəxəssis tarixin ən yaxşı oyunçusu ilə birlikdə çalışmaq şansının olduğunu bildirib: “Sabah “Klermon”la oyun Messinin komandadakı son matçı olacaq”.

Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya “Barselona”sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90