Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft94.49 $▼3.91%
  • WTI neft87.71 $▼3.94%
  • Avropa qazı (TTF)83.78 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.101 $▲2.58%
  • Qızıl4 137 $▲0.10%
  • Gümüş52.78 $▼0.63%
  • Pambıq79.72 ¢▲1.75%
  • Buğda589.00 ¢▼0.42%
  • Bitcoin74 597 $▼0.17%
  • Ethereum2 117 $▼0.37%
  • S&P 5007 377▲0.27%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Məsud Məmmədov vəfat etdi - FOTO

image-1687244898_vefat-tabut
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Professor Məsud Məmmədov (Məsud Dövran) vəfat edib

Busaat.az Teleqraf-a istinadən xəbər verir ki, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Məsud Əliağa oğlu Məmmədov bu gün vəfat edib.

Alim 1973-cü ildə elm aləmində demək olar ki, tədqiq olunmamış “Xələc dili” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edən Məsud Məmmədov 1985-ci ildən professor adını alıb.

O, 1975–1994-cü illərdə Özbəkistan Respublikasının Gülüstan Dövlət Universitetində baş müəllim kimi fəaliyyətə başlayıb, sonradan “Rus dili” kafedrasının müdiri, “Rus dili və ədəbiyyatı” fakültəsinin dekanı, 1987–1992-ci illərdə isə tədris işləri üzrə prorektor vəzifəsinə qədər yüksəlib.

1992–1994-cü illərdə Qazaxıstanın Türkistan şəhərində fəaliyyət göstərən Türk–Qazax Beynəlxalq Universitetinə dəvət olunaraq “Türk dili” kafedrasının müdiri kimi çalışıb.

1994-cü ildən etibarən Lənkəran Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətini davam etdirən Məsud Dövran 300-ə yaxın elmi məqalənin, 5 monoqrafiyanın və 6 şeir kitabının müəllifidir.

Gallery image 1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179821