Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 037 $▼0.11%
  • Ethereum1 784 $▲0.89%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Metronun 3 stansiyasında iş vaxtı uzadılır - Səbəb

image-1627624245_metroqatar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində fevralın 16-da “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına stadionda keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.

Bu barədə Busaat.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı 1 saat uzadılacaq: “Stadionun yaxınlığında yerləşən “Gənclik” stansiyasında “Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmləri gücləndiriləcək və əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100596