
“Məyus olsam da, son nəticədən razıyam”
“Giri ilə matçda hər ikimiz müdafiədə yaxşı oynadıq. Bəzən o, bəzən mən müdafə olunurduq. İkimiz də xeyli enerji xərclədik”.
Busaat.az xəbər verir ki, bu sözləri azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin yarımfinalında Uesli So ilə görüşdən sonra 1:4 finalda Aniş Giriyə qarşı keçirdiyi matç barədə danışarkən deyib.
Rəcəbov bu qarşılaşmalarda yaxşı oynamadığını bildirib: “Daha yaxşı oynayacağımı düşünürdüm. Çox sayda turnirlərdə iştirak edirəm və bunun üçün çox enerjiyə ehtiyacım var. Bu turnirlərdə dünyanın ən yaxşı şahmatçıları ilə qarşılaşıram. Giri ilə duelin ilk günündə problemlərim oldu, ağ fiqurlarla zəif oyunum digər partiyalara mənfi təsir göstərdi. Sonuncu partiyada məğlub olmamlı idim. Son görüşü çox pis keçirdim. Məyus olsam da, son nəticədən razıyam”.





















