
Meyvezer rinqə qayıdıb aktyorla döyüşəcək
Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır.
Busaat.az xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki “Hard Rock” stadionunun rinqində keçiriləcək.
Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.
Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.





















