“Milan” “Bolonya” ilə oyunun fasiləsində paltardəyişmə otağına getməkdən imtina edib

image-milan-ve-bolognobackend

“Milan” İtaliya çempionatının 1-ci turunun “Bolonya” ilə yarımfinal oyununda (2:0) soyunub-geyinmə otağına getməkdən imtina edib.

Busaat.az xəbər verir ki, bu barədə Football Italia məlumat yayıb.

Mənbənin məlumatına görə, klubun baş məşqçisi Stefano Pioli və oyunçular fasilədə paltardəyişmə otağına getməkdən imtina ediblər. Səbəb isə otaqdakı kondisionerin güclü istiyə tab gətirə bilməməsidir. Bununla bağlı ehtiyat oyunçular skamyasının yanında fasilənin keçirilməsi qərara alınıb.

Qeyd olunur ki, bu, reqlamentlə qadağan olunmayıb.

Xatırladaq ki, qaliblər arasında Olivye Jiru və Kristian Pulişiç fərqlənib.

İtaliya çempionatının növbəti turunda “Milan” “Torino” ilə oyun keçirməli olacaq. Görüş avqustun 26-da, Bakı  vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, ötən mövsümün sonunda “Milan” 70 xalla turnir cədvəlində dördüncü yerdə qərarlaşıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki