Millət vəkili Salyan rayonunda seçiciləri ilə görüşüb

image-media-2-ebag7wskj9xqp43vmiz2-620x326backend

Millət vəkili Jalə Əhmədova Salyan rayonunda seçiciləri ilə görüşüb.

Busaat.az  xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

O bildirib ki, seçicilər əsasən işsizlik, məşğulluq, sosial pensiya təminatı, örüş otlaq sahələri və torpaq məsələləri ilə bağlı problemlərin həllində köməklik göstərməyimi xahiş etdilər.

“Qəbula gələn rayon sakinləri arasında şəhid ailələri, qazilər, həmçinin işsiz olan vətəndaşlar üstünlük təşkil edirdi. Şəhid ailələri məişət şəraitinin yaxşılaşdırılması və sosial məsələləri, qazilər səhiyyə məsələləri və iş problemi, habelə örüş otlaq sahələrinin hansısa şəxslər tərəfindən zəbt edilməsini diqqətə çatdırdılar. Əlil olan vətəndaşlar isə əlilliyin müəyyən edilməsi üçün müayinədən keçdiklərini, lakin hələ də pensiyalarının bərpa edilmədiyini bildiriblər.  Ümumilikdə 50 nəfər seçicini qəbul etdim, onları narahat edən məsələləri daim diqqət mərkəzində saxladığımı və həlli üçün bacardığım köməkliyi əsirgəmədiyimi bildirdim. Habelə qazilərimizin işsizliklə bağlı müraciətlərinin şəxsi nəzarətimdə olduğunu, müvafiq dövlət orqanları ilə birlikdə müsbət həllinə çalışdığımı və bu istiqamətdə səylərimi bundan sonra da davam etdirəcəyimi qeyd etdim. Qəbul zamanı mənə xoş təsir bağışlayan bir məqamı da qeyd etmək istəyirəm. Belə ki, bir neçə vətəndaş iş problemi və pensiya təyinatının müsbət həllinə görə minnətdarlıq üçün qəbula gəlmişdi. Dəyərli seçicilərimə göstərdikləri diqqətə görə dərin təşəkkürlərimi bildirirəm”, deyə millət vəkili qeyd edib.

image-1 image-2 image-3 image-4 image-5

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90