Millətlər Liqası: Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

image-c3e1e601-8863-3c76-bf60-a5d81e83a378_850backend

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Busaat.az xəbər verir ki, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız IV turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki