Millimiz “Skonto” stadionunda məşqə hazırlaşır

image-2fb81be7-dcb0-4314-bdbe-5656cb23d57cjpeg-1749141007backend

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi yoldaşlıq görüşü üçün Latviyaya yollanıb.

Busaat.az-ın məlumatına görə, yığmamız artıq sözügedən ölkənin paytaxtı Riqaya çatıb.

Yığma sabah Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki