Millimizin üç üzvündə koronavirus aşkarlandı

image-img_5986backend

Minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisinin 3 üzvündə koronavirus aşkarlanıb.

Busaat.az “Teleqraf”a istinadən xəbər verir ki, bunlar komandanın kapitanı, yarımmüdafiəçi Elvin Əlizadə və hücumçu Samir Həmzəyev, eləcə də köməkçi-məşqçi Sərxan Məstiyevdir.

Belə ki, Dünya çempionatının final oyunundan sonra yığma üzvlərindən götürülmüş COVID-19 testinin cavabı müsbət olub.

Onlar millinin düşərgəsini tərk ediblər, hazırda özlərini yaxşı hiss edirlər.

Xatırladaq ki, Azərbaycan millisi finalda Macarıstanı 4:2 hesabı ilə məğlub edərək dünya çempionu olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki