Modriçin oyundan sonra dediyi hansı söz Messini güldürüb? – “Söz verdi ki…”

image-174752_qxyl2m2ugibackend

Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya 0:3 hesabı ilə uduzuqları oyundan sonra rəqib komandanın kapitanı Lionel Messi ilə arasındakı dialoq haqda danışıb.

O, deyib: “Messi mənə bizim əla insanlar olduğumuzu söylədi. Ona Argentinaya dünya çempionatının finalında uğur və qələbə arzuladım. Bəli, həqiqətən də gələcək çempiona uduzduğumuzu düşünürəm. Sonra onun əla formada olmasına heyran qaldığımı söylədim. O, Qətərdə inanılmaz oyun nümayiş etdirir. O güldü və söz verdi ki, turnirin finalı üçün bir az güc saxlayacaq”.

Qeyd edək ki, Argentina finalda Fransa – Mərakeş cütlüyünün qalibi ilə qarşılaşacaq.

qol.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90