Moldova azərbaycanlıları Heydər Əliyevin 100 illiyi ilə bağlı kütləvi tədbirlər təşkil ediblər

image-diasporla-is-uzre-dovlet-komitesibackend

Moldova azərbaycanlıları Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı yaşadıqları ölkədə bir araya gələrək müxtəlif tədbirlər keçiriblər.

Busaat.az-ın məlumatına görə, əvvəlcə paytaxt Kişineuda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş nərd üzrə açıq turnir keçirilib. Turnir Moldova Azərbaycanlıları Konqresi (MAK) tərəfindən təşkil olunub.

MAK sədri Elçin Bayramov bildirib ki, Moldovadakı Azərbaycan diasporu nərd turnirinin, xüsusən də Azərbaycanda məşhur olan bu oyunun klassik uzun versiyasında keçirilməsi ideyasını böyük həvəslə qarşıladı: “Biz də öz növbəmizdə iştirak üçün daxil olan müraciətlərin sayından xoş təəccübləndik: 60-dan çox oyunçu qeydiyyat mərhələsindən keçdi”. Turnirə Moldova Parlamentinin deputatı Vitalie Jakot, həmçinin Azərbaycan Respublikasının Moldovadakı səfirliyinin nümayəndələri də qatılıblar.

Moldovanın Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkədəki azərbaycanlılar “Müxtəliflik vasitəsilə birlik” XXII Etnomədəniyyət Festivalına da qatılıblar.
Kişineudakı Stefan Çel Mare adına mərkəzi parkda təşkil olunan festival Etnomədəni Təşkilatların Koordinasiya Şurası ilə birgə Etniklərarası Münasibətlər Agentliyi və Kişineu şəhər meriyası tərəfindən təşkil olunub. Hər il sentyabrın üçüncü bazar günü Moldovada ən fəal festivallardan biri olan və 5000-dən çox insanı əhatə edən bu festivalda ənənəvi olaraq azərbaycanlıların icması da iştirak edir.

Bu il Azərbaycan diasporu festivalda iştirakını ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edib. Buna görə də festival çərçivəsində MAK Heydər Əliyevə həsr olunmuş sərgi təşkil edib. Festivala gələnləri KAM-ın sədri Elçin Bayramov, onun müavini Ramiz Ənsərov, həmçinin KAM Şurasının üzvləri və fəallar qarşılayıblar. Moldova Parlamentinin vitse-spikeri Mixail Popsoi, Kişineu şəhərinin meri İon Ceban, Moldova Respublikası parlamentinin üzvü Vitali Yakotu, ABŞ-ın Moldovadakı səfiri Kent D.Loqsdonun da qatıldığı festivalda ictimai təşkilatların rəhbərləri, Millətlərarası Münasibətlər üzrə Agentliyin direktoru, habelə digər rəsmi şəxslər də iştirak ediblər. Festivalın əsas səhnəsində xalq rəqsləri və mahnılardan ibarət konsert təşkil olunub. Azərbaycan diasporunu KAM bazar günü məktəbinin şagirdi Xədicə Rza təmsil edərək Azərbaycan xalq mahnısı “Sarı gəlin”ə rəqs edib.

Festival qonaqlarının müxtəlif xalqların mədəniyyəti ilə tanış olduğu Lektorium zonasında MAK Azərbaycan, onun görməli yerləri və təbii sərvətləri, eləcə də Moldovanın Azərbaycan icmasının həyatından bəhs edən videoçarx təqdim edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90