
Monde qəzeti Şarl Mişeli xarici səfərlərə həddindən artıq pul xərcləməkdə ittiham edib
Avropa Şurasının prezidenti Şarl Mişel xarici səfərlərinin xərclərini xeyli artırıb.
Busaat.az xəbər verir ki, bu barədə Fransanın “Monde” qəzeti yazıb.
Qəzet bildirir ki, epidemiya əleyhinə məhdudiyyətlər götürüləndən bəri Mişel müxtəlif şəhərlərə, o cümlədən Nyu York, Pekin, Phnom Penh, Yohannesburq, Doha və Tokioya çox səyahət edib. Soir jurnalının məlumatına görə, gələn il Mişelin səfər xərcləri daha 27,5 faiz artaraq 2,6 milyon avroya çatacaq. Qeyd olunur ki, bu göstəricilər onun sələflərinin xərclərini üstələyir.
Qeyd edək ki, bundan əvvəl xarici səfərlər üçün yarım milyon avro tələb olunurdu.
Busaat.az























