
Moskvada KTMT liderlərinin sammiti keçirilir - YENİLƏNİR
Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin sammiti keçirilir.
Busaat.az “TASS”a istinadən xəbər verir ki, sammit KTMT-nin yaradılmasının 20-ci ildönümünə və Kollektiv Təhlükəsizlik haqqında Müqavilənin imzalanmasının 30 illiyinə həsr olunub.
Qeyd edək ki, KTMT-yə üzv dövlətlərin liderləri görüş zamanı hərtərəfli sənədlər, eləcə də təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatını imzalayacaqlar.
Bununla yanaşı, görüş zamanı hərbi əməkdaşlığın dərinləşdirilməsi və s. məsələlərin müzakirə ediləcəyi planlaşdırılır.
***
Putin: “Qapalı rejimdə KTMT üzrə həmkarlarımı Ukraynadakı xüsusi hərbi əməliyyat barədə ətraflı məlumatlandıracağam”.























