“Moskvanın vasitəçilik missiyasında səmimilik yoxdur…” – AÇIQLAMA

image-481b305e-bf0e-417c-98a6-4e93605d494cbackend

“Azərbaycan və Ermənistan liderlərinin növbəti dəfə Moskvada görüşünün keçirilməsində Rusiyanın konkret istəyi nədir? Vaşinqton və Brüssel platformalarına maneə olaraq rəsmi Kreml vaxtı uzatmağamı çalışır?

Mövzu ilə bağlı Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Busaat.az-a açıqlamasında bildirib ki, Moskvanın vasitəçilik missiyasında səmimilik yoxdur:

“Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan 44 günlük Qarabağ savaşı 10 noyabr bəyannaməsi ilə yekunlaşdı. Bundan sonrakı dövrlərdə də Avropa Şurası prezidenti Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə dövlət başçılarının artıq 5-ci görüşü keçirildi. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə XİN rəhbərlərinin görüşü və eyni zamanda hər iki dövlətin Xarici işlər nazirlərinin iştirakı ilə hökumətlərarası komisiyyalar formalaşdırılıb. Bu komissiyaların da bir neçə müvafiq iclası keçirilib. Amma hər dəfə görürük ki, istər Qərb vasitəsi ilə istərsə ABŞ-nin təşəbbüsü ilə keçirilən görüşlərin həm əvvəli, həm axırında Moskva prosesləri gecikdirmək və özünün vasitəçilik missiyasını qabartmaqla əslində vasitəçilik missiyasını digər tərəflərə güzəştə getməmək siyasəti yürüdür.

Moskvanın vasitəçilik missiyasında səmimilik yoxdur. Çünki, Qarabağ probleminin yaranmasında da Rusiya amili var. 30 il ərzində torpaqlarımızın işğalda qalmasında Rusiya faktoru böyük rol oynayıb. İndiki halda da prosesin uzanmasında və gərginliyin saxlanmasında da Rusiya amili var.

Əslində Rusiya bu prosesdə dominant olmaq istəyir. Ona görə də Qərbi və ABŞ-nin vasitəçiliyini istəmir. Əgər hansısa razılaşma əldə olunacaqsa yalnız regionda öz vasitəçiliyini görür.

Bu gün Qarabağın dağlıq hissəsində məskunlaşan ermənilərin olduğu yerlərin rus hərbi kontingenti tərəfinin mənsubiyyət dairəsi hesab olunması və sülhməramlı adı altında hərbiçilərin yerləşməsi ilə Rusiyanın prosesdə vacibliyini qabartmaqdır. Həm də hər iki dövlətə yalnız Rusiya ilə münasibətlərin fonunda bölgədə sabitliyin olmasını aşılamaqdır. Rusiyanın heç bir halda münasibətlərin normallaşmasında, sabitliyin olmasında marağı yoxdur. Yalnız öz iqtisadi maraqları var.

İstənilən halda Azərbaycanın maraqları var. Bu maraqlar da əslində dövlət təhlükəsizliyi və ərazi bütövlüyü məsələləridi. Bu istiqamətdə də 44 günlük müharibədə öz sözümüzü demişik. Addım-addım hədəfimizə doğru yaxınlaşırıq. Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsini qurmaqla tam olaraq sərhədləri nəzarətə götürüb. Bu ermənilər yaşayan ərazilərə də sirayət edəcəkdir. Aparılan danışıqlar da ona istiqamətlənib ki, beynəlxalq normalara uyğun 5 şərt irəli sürüb. Bu şərtlərdən geri durmaq heç bir halda durmaq mümkün deyil. Azərbaycan bu şərtləri irəli sürməklə, qalib tərəf olmaqla, regionda iqtisadi qüvvəsi olmaqla və eyni zamanda qardaş Türkiyənin də burada söz və güc sahibinə çevrilməsi ilə qarşısına qoyduğu məqsədlərin və problemlərin həllini zamanla reallaşdıracaq…”

Busaat.az

Bünyamin Bünyadzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90