Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.42 $▼0.44%
  • WTI neft88.50 $▼0.07%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.165 $▼2.01%
  • Qızıl3 876 $▼0.27%
  • Gümüş47.51 $▼3.28%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 905 $▼0.63%
  • Ethereum1 821 $▼0.76%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Siyasət

“MTN-in başı soyğunçuluğa qarışanda İran içəridə şəbəkə qurdu”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

““Şiələrin kütləvi həbsi” təbliğatı radikal dini qrupların silahlı hücumlarına rəvac verməyə, dini tolerantlıq mühitini və məzhəblərarası vəhdəti pozmağa xidmət edir. Guya din dövlətə qarşıdır, hakimiyyət din əleyhinə siyasət aparır, dövlət rəsmiləri dini etiqad baxımından əks qütbdədir”.

Busaat.az xəbər verir ki, bu fikirləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin iclasında deyib.

Deputat qeyd edib ki, İranın ölkəmizdə sosial bazası sarsılıb, müxtəlif tellərlə mənəvi, dini və iqtisadi bağı olanlar son 3 ildə zəifləyiblər: “Lakin o dayaqlar hələ var. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) başı qəsdlərə və soyğunçuluğa qarışanda onlar içəridə şəbəkə qurublar. Azərbaycan məscidləri İranın ideoloji təlimləri və casusluq şəbəkələrini genişləndirməsi üçün hərbi qərərgaha çevrilib.

Əlbəttə, dini, İslamı “İranla “eyniləşdirmək, milyonlarla inanclını onların sosial bazası kimi göstərmək yolverilməzdir. Görün bu qədər xəyanətlərin qarşısında biz qalib gəlmişik. O casus şəbəkələri son 3 ildə yaranmayıb, tam əksinə, dövlət təhlükəsizliyimiz qələbədən sonra möhkəmlənib. Əgər təmizləməsək, daxili cəbhələr artacaq. Biət edənlərin sayı minlərlə deyil, lakin təcrid olunmasalar, təhlükə böyüyəcək. Çünki casusluğa cəlb olunanlar gec partlayan minalara bənzəyir. İşimiz təkcə azad torpaqları minasızlaşdırmaq deyil. Biz qalib dövlətdən, qalib vətəndaşa çevrilməliyik!”
Deputat vurğulayıb ki, Azərbaycanda “yaşıl bayraqlı” dövlət olmayacaq: “Biz hərbi meydanda tək döyüşdük” deyən ölkə rəhbərinin strateji kursu qoy hamıya bəlli olsun: Azərbaycanla savaşdıqca, İran Azərbaycanlaşacaq!”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106169